Lavrov: ""Türk axını" Avropanın enerji təhlükəsizliyini artıracaq"

Lavrov: ""Türk axını" Avropanın enerji təhlükəsizliyini artıracaq"
16:22 21 Yanvar 2015
80 Dünya
Ölkə mətbuatı
A- A+

""Türk axını" layihəsi problemli tranzit marşrutlardan yan keçərək Avropanın enerji təhlükəsizliyini yüksəltməyə imkan verəcək".

Trend xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, ”Cənub axını”na alternativ kimi təklif olunan “Türk axını”na artıq Avropada maraq göstərirlər:

“Hazırda bu barədə konkret diskussiyalar və müzakirələr gedir. Ümid edirəm ki, o, reallaşdırılacaq və Avropanı problemli tranzit marşrutlarından qoruyaraq onun enerji təhlükəsizliyini yüksəltməyə imkan verəcək”.

Hazırda Azərbaycan “Şahdəniz” qaz-kondensat yatağından qazın Avropaya nəqlinin reallaşdırılması üzərində işlər görür. Bu yolda Azərbaycan və Türkiyə Türkiyənin bütün ərazisi vasitəsilə onun Avropa ilə sərhədinə qədər Azərbaycan qazını nəql etməyə imkan verəcək Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi çərçivəsində işlər aparır.

TANAP layihəsinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollardır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR