TQDK SAT imtahanı keçirir

TQDK SAT imtahanı keçirir
16:29 21 Yanvar 2015
227 Sosial
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 24-də ilk dəfə olaraq SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu imtahan şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq testdir. İmtahanın müddəti 3 saat 45 dəqiqədir. SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir.

 

Məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirmək baxımından obyektiv imtahan sayılan SAT ilk dəfə 1901-ci ildə keçirilib. İmtahanın keçirilməsi və məzmunun müəyyənləşdirilməsi səlahiyyətləri College Board təşkilatına məxsusdur.

 

Qeyd edək ki, TQDK 2014-cü ildə SAT imtahanı keçirmək səlahiyyəti əldə edib. İmtahanda iştirak etmək üçün namizədlərin qeydiyyatı dekabrın 11-dən 29-dək aparılıb və 10 namizəd qeydiyyatdan keçib.

 

İmtahan TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. TQDK tərəfindən növbəti SAT imtahanının 2015-ci il mayın 2-də keçirilməsi nəzərdə tutulur. Bu tarixdə olacaq imtahana qeydiyyatdan keçmək üçün link: http://sat.collegeboard.org/register/sat-international-dates


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR