Kiyev, 22 iyun, AZƏRTAC
Dnepropetrovskda “Azərbaycan-Ukrayna Gənclər İttifaqı” İctimai Təşkilatının təşkilatçılığı ilə Azərbaycanın turizm potensialına və birinci Avropa Oyunlarına həsr olunmuş “fotosuşka” (sərgi) keçirilib. Qeyd edək ki, “fotosuşka” fotoqrafiya mübadiləsini nəzərdə tutan populyar beynəlxalq layihədir. Onun mahiyyəti bundan ibarətdir ki, hər hansı iştirakçı öz işlərini paltar sıxacı ilə ipdən asır və çəkdiyi fotoşəkillərin yerinə başqalarını götürür. İştirakçı öz çəkdiyi fotoşəkli imzalaya, o biri üzündə əlaqə koordinatlarını, yaxud fotoşəklin gələcək sahibinə ürək sözlərini yaza bilər. “Fotosuşka” iştirakçıları üçün iki böyük zal icarəyə götürülüb. Yüzdən çox iştirakçı Azərbaycanın və birinci Avropa Oyunlarının paytaxtının gözəlliklərinə heyran qalıb. Azərbaycanla bağlı bütün fotolar götürülüb. Bir çoxları Odlar Yurduna getmək arzusunda olduqlarını bildiriblər.
Tədbirin təşkilatçıları ənənəvi Azərbaycan şirniyyatı süfrəsi açıblar. “Plan –B” və “Çayka Livinqston” musiqi qruplarının gənc və istedadlı üzvləri qonaqları öz çıxışları ilə sevindiriblər.
Dnepropetrovsk vilayətindəki “Azərbaycan-Ukrayna Gənclər İttifaqı” İctimai Təşkilatının sədri Zəminə Bayramova AZƏRTAC-a müsahibəsində deyib: “Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın başçısı Leyla Əliyevanın çoxşaxəli fəaliyyəti bütün azərbaycanlı gənclər üçün yüksək vətənpərvərliyin, xalqlar arasında dostluğun, qarşılıqlı etimadın və anlaşmanın inkişafı və möhkəmlənməsi, Azərbaycan turizminin təbliği işinə şəxsi töhfənin parlaq nümunəsidir
Gənclər təşkilatımız bu tədbir ilə Ukrayna ictimaiyyətinin diqqətini Azərbaycanda istirahət və səyahət üçün yaradılan gözəl şəraitə, milli mədəniyyətimizi və Azərbaycan ruhunu parlaq əks etdirən qonaqpərvərliyimizə və ənənələrimizə cəlb etmək istəyir.
Şadam ki, Dnepropetrovskda Azərbaycan mədəniyyətinin və turizminin təbliği layihəsi baş tutdu”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
“Azərbaycana xoş gəlmisiniz!” Dnepr ilə Xəzəri birləşdirən fotosərgi