“İl Sole 24 Ore”: Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edir

“İl Sole 24 Ore”: Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edir
23:38 21 Yanvar 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+


Roma, 21 yanvar, AzərTAc
İtaliyanın “İl Sole 24 Ore” qəzetinin redaksiya heyəti tərəfindən 20 Yanvar faciəsi haqqında hazırlanmış məqalə bu ölkənin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Məqalədə bildirilir ki, hər il olduğu kimi, bu il də yanvarın 20-də Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla yüz minlərlə insan səhər saatlarından başlayaraq Şəhidlər xiyabanına gələrək, 25 il bundan əvvəl yaşanan faciənin qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Yazıda oxucuların diqqətinə çatdırılır ki, 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüz nəticəsində yüzlərlə ölən və yaralanan oldu. Bu əməliyyatın əsas məqsədi öz azadlığı uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının iradəsini qırmaq və bu ölkəyə məxsus Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarını dəstəkləmək idi.
Müəllif yazır: “Əslində bu hadisənin nəticəsi Azərbaycanın öz müstəqilliyinə qovuşması prosesinin başlanğıcı oldu. 1991-ci ilin oktyabrında Azərbaycan Sovet İttifaqından ayrılaraq müstəqilliyini bərpa etdi. Müstəqilliyinin ilk illərində yaşanan çətinliklərə baxmayaraq, Azərbaycan sürətli iqtisadi inkişaf dövrünə qədəm qoydu, əsas neft və qaz istehsalçısına çevrildi, ümumi daxili məhsulun həcmi artdı, yoxsulluğun səviyyəsi aşağı düşdü. Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul etsə də, problem hələ də həllini tapmayıb”.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Il_Sole_24_Ore_Azerbaycan_xalqi_20_Yanvar_faciesi_qurbanlarinin_xatiresini_ehtiramla_yad_edir-826534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR