Bakıda qəza: maşınlardan biri yanma təhlükəsi keçirdi

Bakıda qəza: maşınlardan biri yanma təhlükəsi keçirdi
07:16 22 Yanvar 2015
309 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. Babək prospektində qeydə alınan hadisə zamanı Murad Məmmədovun idarə etdiyi “HONDA” markalı maşınla Afiq Rüstəmovun idarə etdiyi “Mercedes” toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər yararsız halla düşüb. Hadisədən sonra əraziyə polis əməkdaşları cəlb olunub. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya “Mercedes”in sürücüsü Afiq Rüstəmovun dönmə əməliyyatını düzgün yetirməməsi səbəb olub.

Qeyd edək ki, qəza zamanı “HONDA” markalı maşın yanmaq təhlükəsi ilə üzləşib. Dərhal yanğına qarşı tədbir görülüb və maşının alovlanmasının qarşısı alınıb.

Daha sonra avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.

Faktla bağlı Xətai rayon dövlət yol polis şöbəsində araşdırma aparılır.

Mənbə
ANS PRESS Anar Qafarov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR