"Borussiya Dortmund"un hücumçusu Pyer-Emerik Obameyanqın komandada qalacağı məlum olub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Borussiya"nın idman direktoru Mixael Zork Almaniyanın "Kicker" nəşrinə açıqlamasında bu məsələyə aydınlıq gətirib.
"Obameyanqın klubla 2 illik müqaviləsi var. Onu satmağı düşünmürük", - Zork deyib.
Ötən mövsüm qeyri-stabil çıxış edən "Borussiya"nın heyətində 25 qol vuran Obameyanq "Arsenal"dan təklif almışdı. Qabonlu hücumçuya görə "topçular" 40 milyon funt ödəməyə hazır idi.
Milli.Az