Zamiqdən onunla küsülü olan əməkdar artistə cavab

Zamiqdən onunla küsülü olan əməkdar artistə cavab
10:46 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Abbas Bağırovun müğənni Zamiq Hüseynovdan küsməsi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, A.Bağırovun “Səbəbsiz heç nə olmur. Salam verməyəcəklər, mən də verməyəcəm. Kim salam verəcəksə, qarşılığını da alacaq” sözlərinə qarşı tərəfdən cavab gəlib.

Z.Hüseynovun prodüseri Elnur Həsənov sənətçinin heç kimlə küsülü olmadığını deyib:

“Röyanın konsertindən əvvəl Abbas Bağırovla bir çox tədbirdə qarşılaşmışıq. Hər dəfə də salamlaşma olub. Zamiq hansı tədbirə gedirsə, orada tanıdığı bütün insanlara salam verib görüşür. Onun bu günə kimi şou-biznesdə heç bir ifaçı ilə problemi olmayıb. Abbas Bağırov özü küsübsə, bu, heç kimin problemi deyil. O, kimləsə küsülü ola bilər. Salamı özü almayıbsa, onun şəxsi işidir. Zamiqin bütün sənət adamları ilə münasibəti yaxşıdır, heç kimdən küsməyib”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR