Ukrayna Rusiyanın federallaşma çağırışını növbəti dəfə rədd edib

11:42 22 Yanvar 2015
190 Dünya
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 11:36 ]

Bakı – APA. “Ukrayna hər zaman unitar quruluşa və yeganə dövlət dilinə malik olacaq”.

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın Birlik Günü (Den Sobornosti) ilə əlaqədar xalqa müraciətində deyib. O bildirib ki, Ukraynanın bütün vətəndaşları ölkənin bütövlüyünə tərəfdardır və mütləq əksəriyyət Ukraynanı federasiya yox, unitar dövlət kimi görür: “Elə prinsipial məsələlər var ki, hər hansı kompromisin predmeti ola bilməz. Birincisi, Ukrayna federasiya olmayacaq və unitar dövlət kimi qalacaq. İkincisi, Avropa seçimi müzakirə mövzusu deyil. Üçüncüsü, yeganə dövlət dili Ukrayna dilidir və belə də qalacaq, lakin heç kim heç vaxt insanların rus dili və ya başqa bir dildə danışmaq hüququna qəsd etməyəcək”.    

 

Xatırladaq ki, Rusiya Ukraynanın federallaşmasını və rus dilinin ikinci dövlət dili olmasını tələb edir. Bu mövqeni xarici işlər naziri Sergey Lavrov bir gün əvvəl keçirdiyi mətbuat konfransında bir daha təkrarlayıb. O, Ukraynanın niyə unitar dövlət olmasının səbəbini anlamadığını söyləyib: “Belə görünür ki, Ukrayna hakimiyyəti Konstitusiya islahatı barədə danışmağa cəhd göstərməyə çalışır. Lakin hətta “federallaşma”, “muxtariyyət”, “desentralizasiya” sözlərini işlətmək də artıq onların nöqteyi-nəzərindən ayıb sayılır”.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR