Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilir

11:43 22 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransda iştirak edir.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qurumun fəaliyyət istiqamətlərindən, ötən il gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Bildirilib ki, ötən il müxtəlif layihələrin həyata keçirilməsi üçün Şura tərəfindən 386 qeyri-hökumət təşkilatına 3 milyon manat vəsait ayrılıb. Bundan başqa, 17 beynəlxalq layihə maliyyələşdirilib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Şuranın dəstəyi ilə “Şuşaya azadlıq” kampaniyasına start verilib. 2014-cü ildə bir çox dövlət qurumları ilə də səmərəli əməkdaşlıq həyata keçirilib. Həmçinin “İctimai iştirakçılıq haqqında” Qanunun icrasına başlanılıb.
Sonra Şuranın 2014-cü ildəki fəaliyyəti ilə bağlı qısa film nümayiş etdirildi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qeyri_Hokumet_Teskilatlarina_Dovlet_Desteyi_Surasinin_illik_hesabat_konfransi_kechirilir-826598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR