Ukrayna Müdafiə Nazirliyi: Donetsk aeroportunda şiddətli döyüşlər davam edir

Ukrayna Müdafiə Nazirliyi: Donetsk aeroportunda şiddətli döyüşlər davam edir
12:07 22 Yanvar 2015
181 Dünya
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 12:01 ]

Altı əsgər həlak olub, 16-sı əsir düşüb

Bakı – APA. Ukrayna Müdafiə Nazirliyi ordunun Donetsk hava limanını tərk etməsi barədə məlumatları təkzib edib. APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, nazirlik aeroport ətrafında şiddətli döyüşlərin davam etdiyini açıqlayıb: “Bəzi binalar və hava limanı ərazisinin bir hissəsi Ukrayna hərbçilərinin nəzarətində qalır”.

 

Açıqlamada bildirilir ki, yanvarın 21-də 20 Ukrayna əsgəri terminalı tərk edib, çünki onlar mövqelərinin dağıdılması nəticəsində açıq atəş altında qalıblar. Nazirlik aeroport ərazisində son sutka ərzində 6 hərbçinin həlak olduğunu bildirib. Bundan başqa, 16 yaralı əsgər separatçılara əsir düşüb.

 

Qeyd edək ki, Donetsk hava limanı ətrafındakı bir neçə kənd Ukrayna ordusunun tam nəzarətindədir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR