Turizm Assosiasiyası “Şahdağ” turizm kompleksi ilə birgə monitorinqlər keçirir

13:22 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 13:19 ]


Bakı. Cavid Zeynallı - APA. "Şahdağ" turizm kompleksinə turizm şirkətləri vasitəsilə səfər edən turistlərin təhlükəsizliyinin təmin olunması, Mədəniyyət və Turizm Nazirliyinin xüsusi razılığı (lisenziyası) olmadan fəaliyyət göstərən turizm şirkətlərinin qanunsuz turlarının qarşısının alınması məqsədilə Azərbaycan Turizm Assosiasiyası "Şahdağ" turizm kompleksi ilə birgə monitorinqlərə başlayıb.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən iki turizm şirkəti tərəfindən kompleksə kommersiya xarakterli turların təşkil olunması halları müşahidə olunub: “Bununla yanaşı, avtobuslar vasitəsilə özfəaliyyət formasında turist qrupları yığaraq turlar təşkil olunur.

 

Qeyd olunan xoşagəlməz halların qarşısının alınması və "Şahdağ" turizm kompleksinə səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə həm Azərbaycan, həm də xarici vətəndaşlardan xahiş olunur ki, səfər zamanı turlar təşkil edən şirkətlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş xüsusi razılığı (lisenziyanı) tələb etsinlər.

 

Monitorinqlər qış turizm mövsümündə davam etdiriləcək və belə hallar aşkar edildiyi təqdirdə, müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR