Prezident İlham Əliyev “Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının sədrini mükafatlandırıb.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, bu barədə prezident sərəncam imzalayıb. Sərəncama əsasən, I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətinə görə “Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının sədri Spiridon Kapralos “Dostluq” ordeni ilə təltif edilib.