Bakı, 29 iyun, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn rejimdə sınaq imtahanı keçirir.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, qəbul imtahanı ərəfəsində namizədlərə bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur. İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə (https://eservices.tqdk.gov.az/sinaq/cards.aspx) əldə etmək olar. Namizədlər əldə etdikləri iş nömrəsi və şifrdən istifadə yolu ilə eservices.tqdk.gov.az/sinaq/ səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə bilərlər.