Göygöl rayonunun Şəhriyar kəndində sakinlərlə görüş

13:38 22 Yanvar 2015
132 Ölkə
Ölkə mətbuatı
A- A+


Göygöl, 22 yanvar, AzərTAc 
Göygöl rayonunun Şəhriyar kəndində rayon rəhbərliyinin sakinlərlə görüşü keçirilib.
AzərTAc xəbər verir ki, əsas məşğuliyyətləri əkinçilik və maldarlıq olan kənd sakinləri yaradılan şəraitdən bəhrələnərək uğurların sayını ildən-ilə artırırlar. Təkcə keçən il ət istehsalını 15, yun istehsalını isə 20 faiz artıran kənd sakinləri əkinçilikdə də uğurlu göstəricilərə nail olublar.
Görüşdə çıxış edənlər bildiriblər ki, kənddə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iki yeni məktəb binası tikilərək istifadəyə verilib. Burada müasir poçt, səhiyyə, uşaq bağçası, mədəniyyət evi fəaliyyət göstərir. Kənddə sürətli internet şəbəkəsi yaradılıb. Rayon mərkəzi ilə kəndi birləşdirən yol əsaslı şəkildə təmir edilib. Keçən il təbii fəlakət zamanı zərər çəkmiş 54 fərdi yaşayış binasının dam örtüyü dövlət vəsaiti hesabına dəyişdirilib.
Kənd sakinləri “mavi yanacağ”a olan tələbatın ödənilməsi, yeni uşaq bağçasının tikintisi, süd emalı müəssisəsinin yaradılması və sair məsələlərlə bağlı müraciətlər ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov görüşdə səsləndirilən təkliflərin tezliklə həll edilməsi üçün aidiyyəti dövlət qurumları qarşısında məsələlər qaldırılacağını diqqətə çatdırıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR