Bakıda qadağan edilmiş kitablar tapıldı - əməliyyat

Bakıda qadağan edilmiş kitablar tapıldı - əməliyyat
13:39 22 Yanvar 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qadağan edilmiş dini kitablarla təriqəti təbliğ edən şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində qəsəbə sakinləri Məhluqə Əhmədova və İsmayıl Bağırov “Yəhova şahidləri” dini təriqətini təbliğ etdikləri üçün Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Qaradağ RPİ 10-cu PB-yə təhvil veriliblər. Onlardan təbliği və yayılması qanunla qadağan olunmuş 10 ədəd dini kitab götürülüb və barələrində İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsinə əsasən protokol tərtib edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR