Qax, 30 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında Əli Səmədlinin “Artıq tamah baş yarar” əsəri əsasında səhnələşdirilən yeni tamaşanın premyerası olub.
Tamaşanın quruluşçu rejissoru Rahib Məmmədov, rəssamı Əmrah Məmmədovdur. Əsas rolları teatrın aktyorları Afət Yaqubova, Araz Mehrablı, Aynurə Abbasova, Azər Kərimov və başqaları ifa edirlər.
Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, teatrda, eyni zamanda, ingilis yazıçısı Redyard Kiplinqin “Başlı başına gəzən pişik” əsəri əsasında hazırlanan eyniadlı tamaşa üzərində də məşqlər davam edir. Yaradıcı kollektiv bu səhnə əsərini sentyabrda tamaşaçılara təqdim edəcək. Teatrın kollektivinin payız aylarında Şəki və Oğuz rayonlarına qastrol səfərləri də planlaşdırılır.


