Prezident İlham Əliyevin özünü doğruldan reytinqi...

Prezident İlham Əliyevin özünü doğruldan reytinqi...
15:05 22 Yanvar 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri başa çatdı. Bu səfər öz dinamikliyi və fikir mübadilələrinin çoxşaxəliliyi ilə yadda qaldı.

Bu görüşlərin yekununa bir neçə aspektdən baxsaq, ən yaddaqalan məqamlar kimi cənab İlham Əliyevin Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştanmayerlə görüşü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılması oldu.

Bu məsələ eyni zamanda, İlham Əliyevin Almaniyanın kansleri Angela Merkellə keçirdiyi görüşün də əsasını təşkil etdi və Almaniya kansleri Dağlıq Qarabağ münaqişəsinə dair mövqe nümayiş etdirərkən Rusiya faktorunu və Ermənistanla Rusiyanın müttəfiq olması məsələsini qabartdı. Bu, Azərbaycan Prezidentinin bu istiqamətdə apardığı siyasətin müsbət nəticələrindən biri kimi də dəyərləndirilə bilər. Bundan başqa, Azərbaycan Prezidentinin Almaniya-Azərbaycan Forumunun üzvləri, Xristian Demokratlar və Xristian Sosialistlər, Sosial Demokratlar və Yaşıllar partiyalarından olan deputatlar və komitə rəhbərləri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual doğuran məqamlara aydınlıq gətirilməsi də təqdirəlayiq məqamdır. Yəni, əsas məsələ münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bəyan etmək, problemin beynəlxalq hüquq normaları və prinsipləri əsasında, təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyini Almaniya, ümumiyyətlə, Avropa ictimaiyyətinə çartdırmaq idi və Azərbaycan Prezidenti İlham Əliyev öz görüşlərində buna nail oldu.

Təbii ki, bu görüşlərdə böyük əhəmiyyət kəsb edən iki ölkə arasında energetika sahəsində əməkdaşlıq, iqtisadiyyat, informasiya texnologiyaları, tibb sahəsində əlaqələrə, Avropa Şurası və Avropa İttifaqında əməkdaşlığa, “Şərq tərəfdaşlığı” proqramında iştiraka da, bundan başqa, regional təhlükəsizliklə bağlı məsələlərə də toxunuldu.

Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə ən çox maraq doğuran məqamlardan biri də Azərbaycanla bağlı haqsız mövqe səsləndirən, qeyri-obyektiv fikirlər ortaya qoymağa çalışan siyasi qüvvələrin və qurumların iddialarına verilən obyektiv cavablar oldu. Belə ki, cənab İlham Əliyevin psevdodemokratlar qarşısında müxtəlif qurumların verdiyi hesabatlara aydınlıq gətirməsi daha önəmli oldu. Daha dəqiq desək, Azərbaycanda insan haqları, mətbuat azadlığı, jurnalistlər, hüquq müdafiəçiləri və müxalifət fəallarının həbsi ilə bağlı məsələlərə Prezident şəxsən dəqiq və dürüst cavabları ilə aydınlıq gətirdi və ölkəmizdə insan haqlarına təminat verildiyini bildirdi. Eyni zamanda, hər bir Azərbaycan vətəndaşının haqqının tapdalanmasının qarşısının alınacağını da bəyan etdi. Çünki hər bir vətəndaşın rifahı, onun hüquqlarının qorunmusı Azərbaycan Prezidentinə inamı daha da artırır və təbii ki, onun reytinqinə təsir edir.

Bu gün isə həmin reytinqi qorumaq və saxlamaqla bərabər, həm də əməli işlərlə artırmaq gərəkdir. Keçirilən görüşlər və verilən izahlar, şərhlər bir daha göstərdi ki, İlham Əliyevin özünü doğruldan yüksək reytinqi var və dünya nəhəngləri də bununla razılaşırlar.

Arzu Nağıyev
Trend-in baş direktorunun müavini, siyasi icmalçı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR