AzTV-nin məşhur aparıcısı telekanaldan ayrıldı - QƏFİL GEDİŞ - FOTO

AzTV-nin məşhur aparıcısı telekanaldan ayrıldı - QƏFİL GEDİŞ - FOTO
15:27 22 Yanvar 2015
398 Sosial
Ölkə mətbuatı
A- A+

"Bu müddət ərzində mənə dəstək olan və bəyənməyib tənqid edən hamıya təşəkkürlər!"
"İdman Azərbaycan" telekanalının məşhur teleaparacısı İsmayıl Abdullayev telekanaldan ayrılıb.

Milli.Az xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində bildirib.

Aparıcı işdən çıxmağı ilə bağlı statusunda belə yazıb:

"Artıq mən də "İdman Azərbaycan" TV və Azərbaycan dövlət televiziyasının sıravi tamaşaçısına çevrildim. 5 il yarım ərzində idman jurnalisti, aparıcısı və şərhçisi kimi fəaliyyətimdə əvəzsiz rolu olan bu telekanallardan, ən əsası yaxın qardaşlardan ayrılmaq çətin olsa da, qərarımı qətiləşdirdim. Azdan-çoxdan qazandığım təcrübəyə, uğura görə isə oradakı hər kəsə, bu müddət ərzində mənə dəstək olan və bəyənməyib tənqid edən hamıya da təşəkkürlər! Ümid edirəm haqqınızı halal edərsiz! Özüm isə, türklər demişkən "önümüzdeki matçlara bakıcaz"".

Milli.Az əlavə edir ki, aparıcı həm də yaxşı futbol oynamağı ilə seçilir.

Elşən İmanov
Milli.Az





















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR