13 min nəfərdən çox tənha ahıl və əlil vətəndaş sosial-məişət xidməti ilə təmin olunur

13 min nəfərdən çox tənha ahıl və əlil vətəndaş sosial-məişət xidməti ilə təmin olunur
16:13 22 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən hazırda 13 min 3 nəfər tənha ahıl və əlil vətəndaş evlərində sosial-məişət xidməti ilə təmin olunurlar.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, onlardan 10 min 753 nəfəri yaşı 70-dən yuxarı olanlardır. Müvafiq qanunvericiliyə uyğun olaraq, şəhər və qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Sosial işçi həftədə azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olur, onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərir.
Ahıllıq və əlillik səbəbindən özünə qulluq qabiliyyəti olmayan, tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları və ya valideynləri olmayan vətəndaşlar (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda) evlərində sosial xidmətlə təmin edilirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR