Microsoft yeni Windows 10 əməliyyat sistemini pulsuz yükləməyə icazə verəcək

Microsoft yeni Windows 10 əməliyyat sistemini pulsuz yükləməyə icazə verəcək
17:03 22 Yanvar 2015
229 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Yeni Windows 10 əməliyyat sistemini bütün il boyu pulsuz yükləmək mümkün olacaq. Bu barədə məlumatı Microsoft kompaniyasının baş direktoru Satya Nadella xüsusi təqdimat mərasimində açıqlayıb.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, yeni əməliyyat sistemini əvvəlki iki versiyanın – 7 və 8-ci versiyaların sahibləri pulsuz yükləyə biləcəklər.
Kompaniya ilk dəfə mobil vasitələrə uyğunlaşdırılmış və uğursuzluğa düçar olmuş Windows 10 sistemini hələ keçən ilin payızında nümayiş etdirmişdi. Bu sistem daha klassik interfeysə sahibdir. Sistemə adi menyunu çağıran “Start” düyməsi bərpa olunub.
Microsoft kompaniyası daim tənqidə məruz qalan köhnə Internet Explorer-in əvəzinə Windows 10 əməliyyat sisteminin Spartan adlı yeni internet-brauzerlə təchiz olunacağını bildirib.
Bundan başqa, kompaniya kompüterdəki üç ölçülü görüntü ilə əlaqə qurmağa kömək edən “geniş reallıq dəbilqəsi”ni də təqdim edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR