Nüfuzlu www.booking.com portalı “Shahdag hotel and SPA” mehmanxanasını mükafatlandırıb

18:53 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması portalı olan www.booking.com tərəfindən Şahdağ Qış-Yay Turizm Kompleksinə aid “Shahdag hotel and SPA” mehmanxanası 2014-cü ilin yekunlarına dair “Mükəmməllik mükafatı”na layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, portal tərəfindən hər il müxtəlif sorğular əsasında qonaqların rəyi nəticəsində belə mükafatlar təqdim olunur və bu il mükafatçılar sırasında “Shahdag hotel and SPA” mehmanxanasının da olması təqdirəlayiqdir.
Xatırladaq ki, www.booking.com saytının 40 dildə versiyası mövcuddur. Sayt 212 ölkədən 591.628 mehmanxana və mehmanxana tipli obyekti təqdim edir və hər gün bu sayt vasitəsilə 750 min otaq satılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nufuzlu_wwwbookingcom_portali_Shahdag_hotel_and_SPA_mehmanxanasini_mukafatlandirib-826815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR