Bakı, 4 iyul, AZƏRTAC
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Avstriyada toplanış çərçivəsində ikinci yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın "Styaua" komandası ilə qarşılaşan "Qarabağ" meydandan 2:3 məğlubiyyətlə ayrılıb. "Qarabağ"ın heyətində Reynaldo və Namiq Ələsgərov fərqləniblər.
Baş məşqçi Qurban Qurbanovun komandası ilk yoxlama oyununda Avstriyanın "Horn" klubuna 3:4 hesabı ilə uduzmuşdu.