Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyaya rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazirin Xorvatiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşləri nəzərdə tutulub.