Masallı, 7 iyul, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 2 nömrəli tam orta məktəbdə Gənclər və İdman Nazirliyinin yaranmasının 21-ci ildönümünə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam idman yarışında 78 idmançı 11 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.
Maraqlı idman mübarizəsi şəraitində davam edən rayon birinciliyində Elmin Fətullayev, Heydərəli Quliyev, Azər Fərəcov, Amar Camalov, Sadiq Manafov, Hətəm Musalı, Hakim Əhmədov, Ruslan Abıyev, Ziya Kərimov, Sənan Cəfərov və Nazim Qarayev müxtəlif çəki dərəcələrində birinci yeri tutublar.
Qaliblərə diplomlar və medallar verilib.


