Azərbaycan Beynəlxalq Bankı ilə Rusiya “Sberbank”-ı arasında memorandum imzalanıb

Azərbaycan Beynəlxalq Bankı ilə Rusiya “Sberbank”-ı arasında memorandum imzalanıb
11:48 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə Rusiya Federasiyasının “Sberbank”ı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.
ABB-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, sənədi ABB-nin idarə heyətinin sədri Cahangir Hacıyev və Rusiya “Sberbank”ının sədri German Qref imzalayıblar.
Memorandumda tərəflərin investisiya layihələrinin birgə maliyyələşdirilməsi, Rusiya, Azərbaycan, eləcə də bu bankların törəmə cəmiyyətləri və filiallarının yerləşdiyi üçüncü ölkələrdə ticarət maliyyələşməsinin təşkili, maliyyə bazarlarında əməkdaşlıq kimi istiqamətlər yer alır .

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR