Axşam.az-a açıqlama verən sənətçi hobbisinin maşın və geyim olduğunu bildirib:
“Həyatda tək marağım avtomobillər və geyimdir. Qorxuram ki, dünyamı tez dəyişərəm, doyunca istədiyim maşınları sürmərəm. Ona görə də tez-tez avtomobilimi dəyişirəm. Nəsə yeni maşın çıxırsa, alıram, 5-6 ay sürüb satıram”.
Yay istirahətindən söz açan R.Axundov Pataya adasında dincələcəyini bildirib:
“Bölgələrimizdə dincəldim. Şamaxıda, Xaçmazda oldum. Hər il xaricə gedirdim, indi isə Bakıda hər şey var: hovuz, otel, dəniz. Amma bu yaxınlarda dostlarımla Pataya adasına gedəcəm. Neçə vaxtdır ailəmlə dincəlirəm, indi dostlarıma vaxt ayıracam”.



