Əməkdar artist Nahidə Orucova qadınların ailədə daşıdığı məsuliyyətdən danışıb. Onun qızına verdiyi məsləhət də diqqət çəkib.
Metbuat.az xəbər verir ki, sənətçi qadınların həm işdə, həm də ailədə böyük yük daşıdığını bildirib.
“Qadın dözümlü olmalıdır. Qadından çox şey asılıdır: ailəni saxlamaq, uşaqları tərbiyə etmək. Qadın heç də kişidən əskik çalışmır. Amma qadının işi daha çoxdur. Qadın işdən sonra evə gəlir, ev işi, uşaq problemi...” – deyə o bildirib.
Əməkdar artist efirdə qızına verdiyi məsləhətləri də bölüşüb:
“Qızıma deyirəm ki, döz. Çox şükür, qızım ağıllıdır. Müdrik qızdır, çox götür-qoy edir, fikirləşir. Amma görürəm ki, düzgün qərar verir”.
Qeyd edək ki, Nahidə Orucovanın qızı Bilqeyis Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailəlidir.