“Google” internetin sonunun yaxınlaşdığını xəbər verib

“Google” internetin sonunun yaxınlaşdığını xəbər verib
12:11 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Google” şirkətinin rəhbəri Davosda Dünya İqtisadi Forumunun müzakirələrində internetin sonunun yaxınlaşdığını bəyan edib.
 
“ICTnews” xəbər xidmətinin “ITAR-TASS”-a istinadən verdiyi məlumata əsasən, “Google”ın rəhbəri Erik Şmidt bir çox güclü platformanın peyda olmasına diqqət yetirib.
 
“İnternet qeyb olacaq. Sizin istifadə etdiyiniz o qədər çox IP-ünvan, qurğu, verici, əşya olacaq ki, siz artıq bunu hiss etməyəcəksiniz”, - deyə Erik Şmidt şəbəkənin gələcəyi haqda sualı şərh edib.
 
O bildirib ki, hazırda mobil əlavələrin infrastrukturunun necə olacağını demək olmaz, çünki tərkibinə görə artıq superkompüter olan smartfonların gücünü artıran yeni iştirakçı qoşunu bazara çıxır.
“Hazırda bu bazar çox açıq və dinamikdir”, - deyə Erik Şmidt bildirib.
 
Aynur Vəliyeva
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR