Xalq artisti Nuriyyə Əhmədova dünən gecə saatlarında Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.Xalq artisti Nuriyyə Əhmədova xəstəxanaya yerləşdirilib
Xəstəxanadan APA-ya verilən məlumata görə, xalq artisti hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya qəbul edilib:
“Hazırda vəziyyəti normaldır. Ciddi, narahatlığa səbəb olacaq heç bir şey yoxdur”.
Xəstəxanadan əlavə ediblər ki, xalq artisti sabah palataya köçürüləcək.
Milli.Az