Abşeronda avtomobilləri oğurlayan şəxslər tutulub

13:32 23 Yanvar 2015
147 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 13:29 ]


 

Bakı. Fuad Cəfərov -APA. Abşeron rayonunda avtomobil oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron Rayon Polis Şöbəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Masazır qəsəbəsində Azər Dəmirovun yaşadığı evin həyətində üzərində Rövşən Məmmədova məxsus “Chevrolet” markalı avtomobilin 2013-cü il avqustun 12-də oğurlanmış dövlət qeydiyyat nişanları olan “VAZ-2106” markalı avtomobil aşkar edilib.

Araşdırmalar zamanı həmin nəqliyyat vasitəsinin Maarif Səlimova məxsus, yanvarın 11-də qaçırılmış “VAZ-2106” markalı avtomobil olması da müəyyən edilib. A.Dəmirov tutulub və ətrafında aparılan əməliyyat tədbirləri ilə onun yanvarın 12-də və 14-də Masazır qəsəbə sakini Teymur Bağırovla birgə Akif Əliyevə, Rasim Fərəcova və Rəşid Allahverdiyevə məxsus “VAZ-2106” markalı avtomobilləri də qaçıraraq Gəncə şəhərinə aparıb, satması müəyyən edilib.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə T.Bağırov da tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR