Bakıda zirzəmidən yanmış kişi meyiti aşkarlanıb

Bakıda zirzəmidən yanmış kişi meyiti aşkarlanıb
13:54 23 Yanvar 2015
194 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yanmış kişinin meyiti aşkar edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

İkimərtəbəli binanın zirzəmisində baş verən yanğın zamanı 1 ədəd döşək yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı bir nəfər yanmış kişinin meyiti aşkarlanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi yanğın söndürülüb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR