Paytaxtın yol polisi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır

13:58 23 Yanvar 2015
182 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, Məhərrəm Əlioğlu, AzərTAc 
Yanvarın 23-də Bakı Biznes Mərkəzində paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətə həsr olunan tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirin məqsədi paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin və şəxsi heyətinin ötən il həyata keçirdiyi fəaliyyətə nəzər salmaq, habelə xidmətdə fərqlənən əməkdaşları təltif etməkdir.
Tədbirdə qeyd olunub ki, ölkəmizdə və paytaxtda nəqliyyatın sürətlə artdığı bir şəraitdə təhlükəsiz, fasiləsiz və rahat hərəkətin təmin olunması Dövlət Yol Polisinin fəaliyyəti üçün də yeni tələblər doğurub. Yol polisi yollarda rahat və fasiləsiz hərəkəti təmin etmək, cəmiyyətimizi nəqliyyatın zərərli təsirindən qorumaq üçün üç istiqamətdə fəaliyyət göstərir.
Bu istiqamətlərdən hər biri üzrə uğurlu fəaliyyətin həyata keçirilməsi üçün paytaxtın Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi və şəxsi heyəti xeyli iş görüb.
Milli Məclisin deputatlarının, Daxili İşlər Nazirliyinin nümayəndələrinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işindəki xüsusi fəallığına görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 14 əməkdaşı mükafatlandırılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Paytaxtin_yol_polisi_oz_fealiyyetini_gunun_telebleri_seviyyesinde_qurmaga_chalisir-826972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR