Azərbaycanda cəbbəxana tapıldı

Azərbaycanda cəbbəxana tapıldı
14:01 23 Yanvar 2015
197 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda xeyli silah sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, silah-sursat Şəmkir, Füzuli və Gəncə rayonu ərazisində tapılıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nömrəsiz “Karabin” markalı silah, “TOZ-8” markalı tüfəng, qaz tapançası və 294 ədəd müxtəlif çaplı patron, Füzuli RPŞ əməkdaşları tərəfindən Horadiz şəhərində 2 ədə “TOZ” markalı tüfəng, 2751 ədəd müxtəlif çaplı patron və 3 patron darağı tapılıb.

Nizami (Gəncə) RPİ əməkdaşları isə Gülüstan qəsəbəsində “RPQ-18” markalı qumbaraatan və 1555 ədəd müxtəlif çaplı patron tapıblar.

Cəlilabad rayon sakini isə ov tüfəngini könüllü təslim edib. Sabirabad kənd sakini Rauf Həsənov nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngini polisə verib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR