Azərbaycanda meyvə-tərəvəz ucuzlaşıb

Azərbaycanda meyvə-tərəvəz ucuzlaşıb
14:37 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki,  ötən ilin son günləri ilə müqayisədə bazarlarda meyvə və tərəvəzin ucuzlaşması müşahidə olunur.

Mingəçevir şəhərində fəaliyyət göstərən bazardakı satıcılar deyirlər ki, bir müddət öncə 1 kiloqram almanı 50 qəpiyə satırdılarsa, indi bu göstərici 30 qəpik civarındadır. Əvvəllər hər kiloqramını 1 manat 60 qəpiyə, 2 manata satdıqları narı hazırda 70-80 qəpiyə alıcılara təklif edirlər. Pomidor, xiyar, badımcan, bibər və digər tərəvəzlərin, eləcə də göyərtinin qiymətində də azalma  var.

Alıcılar isə məhsula keyfiyyətinə görə dəyər verildiyini, ümumilikdə isə qiymətlərin qənaətbəxş olduğunu deyirlər.  Satıcılar ucuzlaşmaya bazarlarda meyvə və tərəvəz məhsullarının çoxalmasının səbəb olduğunu bildirirlər. Yaxın vaxtlarda qiymətlərin artma ehtimalının isə olmadığını deyirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/320552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR