Sumqayıt, 13 iyul, AZƏRTAC
Futbol üzrə Premyer Liqanın 2015-2016-cı il mövsümü üçün hazırlığa start verən “Sumqayıt” komandası növbəti yoxlama oyununu keçirib.
“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komanda “Kapital Bank Arena”da AZAL ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 2:2 hesabı ilə başa çatıb. Görüşdə “Sumqayıt”ın heyətində Ağabala Ramazanov dubl edib.
Futbolçuların təlim-məşq toplanışına iyulun 14-də start veriləcək.