"Borussiya"nın hücumçusu Çiro İmmobile "Sevilya"da tibbi müayinədən keçmək üçün İspaniyaya gəlib.
Aeroportda onu "Sevilya"nın idman direktoru Monçi və azarkeşlər qarşılayıblar.
Metbuat.az AS-a istinadən xəbər verir ki, əndəlus klubu italyan futbolçunu bir il müddətinə icarəyə götürəcək. İmmobile tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Çiro İmmobile son mövsümdə komandanın ondan gözlədiyi performansı göstərə bilməmişdi.
