Səhiyyə naziri bu il ilk məzun olmuş rezidentləri qəbul edib

15:22 23 Yanvar 2015
109 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 15:19 ]


Bakı. Könül Kamilqızı – APA. Səhiyyə naziri Oqtay Şirəliyev bu il ilk məzun olmuş 94 rezidentdən bir neçəsini qəbul edərək, onlara ilk rezident diplomlarını təqdim edib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə nazir O.Şirəliyev qeyd edib ki, Azərbaycanda 2011-ci ildən ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul həyata keçirilir: “Rezidenturanın tətbiqi çətin olsa da, çox sevindiricidir ki, bütün bunlar artıq arxada qalıb. Bu təhsil tibb sahəsində yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün bütün dünyanın, Amerikanın, Avropanın və bizim də məmnuniyyətlə qəbul etdiyimiz bir yoldur. Həkimlik peşəsi çox məsuliyyətli və çətin peşədir. Şükürlər olsun ki, ölkədə köklü dəyişikliklər olunur, əsaslı təmir olunan tibb müəssisələri əhalinin istifadəsinə verilir. Tibb sahəsində görülən işlər, yaradılan şərait, infrastruktur, yüksək təchizat tibb işçilərinə əhaliyə daha da keyfiyyətli tibbi xidmət göstərmək üçün şərait yaradır".

 

 

Sonda O.Şirəliyev ilk rezident həkimlərin peşəkar mütəxəssislər olacağına əminliyini bildirərək onlara uğurlar arzulayıb. Daha sonra diplomlar nazir tərəfindən məzunlara təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR