Kral adsız məzarda dəfn ediləcək

15:52 23 Yanvar 2015
86 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz adsız məzara dəfn ediləcək.

Bu barədə Trend cümə günü "CNN Türk" telekanalına istinadən məlumat verir.

90 yaşlı kralın dəfn mərasiminə xeyli sayda ölkə liderlərinin qatılacağı gözlənilir. Ölkə adətlərinə görə, qeyri-müsəlmanlar mərasimdə iştirak edə bilməyəcəklər.

Bundan başqa, ölkədə rəsmi matəm elan edilmir. Səudiyyə bayrağı isə üzərindəki kəlimeyi şəhadət yazısına görə yarıyadək endirilir.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz vəfat edib. Ötən həftə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən Krala qaraciyər sətəlcəmi diaqnozu qoyulmuşdu. Vəfat edən Kralın yerinə vəliəhd Şahzadə Salman bin Əbdüləziz təyin olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR