Putin: “Donbasda insanların ölümünə görə cinayət xarakterli əmrlər verən insanlar məsuliyyət daşıyır”

Putin: “Donbasda insanların ölümünə görə cinayət xarakterli əmrlər verən insanlar məsuliyyət daşıyır”
16:52 23 Yanvar 2015
222 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 16:47 ]

Bakı – APA. “Donbasda insanların ölümünə görə cinayət xarakterli əmrlər verən insanlar məsuliyyət daşıyır”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü zamanı deyib.

 

Onun sözlərinə görə, bu cür əmrləri verənlər bilməlidirlər ki, belə münaqişələrin dinc danışıqlardan başqa həll yolları yoxdur.

 

“Tez-tez, o cümlədən rəsmi Kiyevdən eşidirik ki, Ukraynada problemlərin məhz bu yollarla həllinə sadiqdirlər. Lakin əslində her şey fərqlidir. İnanıram ki, sonda sağlam məntiq qalib gələcək”, - deyə o vurğulayıb.

 

V. Putin qeyd edib ki, Rusiya Donbasdakı vəziyyətin nizamlanması ilə bağlı təklifinə Kiyevdən aydın cavab ala bilməyib: “Təəssüf ki, nəinki təklifimizə cavab aldıq, üstəlik əks addımları gördük. Konkret olaraq rəsmi Kiyev tərəfindən təmas xətti boyu genişmiqyaslı hərbi əməliyyatların başlanması haqda göstəriş verildi”. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR