Bir neçə gün öncə dünya idman mətbuatında "Mançester Yunayted"in "Bavariya"nın hücumçusu Robert Levandovskini transfer etmək istədiyi barədə xəbərlər yayılmışdı.

Metbuat.az-ın məlumatına görə, son olaraq polşalı futbolçunun meneceri Çezari Kuxarski bu iddialara münasibət bildirib:

"Bavariya"nın satış haqda fikirləşməsi üçün əlverişli təklif gəlməlidi. Dəqiq deyə bilərəm ki, bu məbləğ 35 milyon funtdan yüksək olmalıdı.

Levandovski ildən-ilə oyununu inkişaf etdirir. Onun mövsüm ərzində 30 qol vuracağına dair zəmanət vermək olar. Bu isə digər klubları cəlb edir.

Düzünü desəm, Robertin menecerlərə elə də ehtiyacı yoxdu. O, gələcəkdə yalnız iki istiqamətdə iş yerini dəyişə bilər: İngiltərə və İspaniya. Və bu, ancaq "Bavariya"nın razılığı əsasında baş tuta bilər.

Başa düşün, "Bavariya" özü oyunçunun satılmasına dair siqnal verməlidi. Bu, olmadığı müddətcə belə bir şey barədə düşünmək lazım deyil".