"Mançester Siti"nin Pol Poqba israrı davam edir.
Metbuat.az "Tuttosport"a istinadən xəbər verir ki, "şəhərlilər" fransız futbolçuya görə yeni təklif göndərməyə hazırlaşır.
Belə ki, MS Poqbanın müqabilində 65 milyon avro ödəməklə yanaşı, David Silvanı da "Yuventus"a göndərməyə razıdı.
Rahim Sterlinqin "Mançester Siti"yə keçməsinin ardından ispan futbolçunun komandanı tərk etmək ehtimalları artıb.
Yaxın günlərdə klublar arasında danışıqların növbəti mərhələsinin aparılması planlaşdırılıb.