Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var - FOTO

Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var - FOTO
18:05 23 Yanvar 2015
306 Dünya
Ölkə mətbuatı
A- A+

“Forbes” və dünyanın digər biznes jurnalları hər il planetin ən zəngin şəxslərinin adlarını açıqlayır. Amma həmin var-dövlət sahiblərinin biznes imperiyalarına gələcəkdə sahiblənəcək oğlu və qızları, bir sözlə, varisləri gözdən yayınır.

Milli.Az modern.az saytına istinadən dünyanın ən zəngin varislərini və onların gündəlik yaşamını əks etdirən yazını təqdim edir.

Şahzadə Şeyx Həmdan – 18 milyard dollar

Birləşmiş Ərəb Əmirliklərinin 6 inzibati bölgəsindən olan Dubay əmirliyi taxtına əsas varis Şeyx Həmdan hesab olunur. Tam adı Həmdan bin Məhəmməd bin Rəşid əl-Maktum olan 32 yaşlı şahzadə əsil şərq nağıllarının qəhrəmanı kimi yaşayır. O, yaraşıqlı görünüşə və nəhəng var-dövlətə sahibdir. Şeyx Həmdan vaxtının çoxunu dəvə təsərrüfatına, at çapmaq dərslərinə, şahin quşu ilə ov etməyə və s. həsr edir.

Amma Dubay taxtına sahib olmaq üçün şeyx Həmdan aktiv siyasətlə də məşğul olur. Atası Məhəmməd ibn Rəşid əl-Maktumun 7 övladından biri olan şahzadə autizm xəstəliyinə qarşı mübarizə mərkəzinin fəxri rəhbəridir və xeyriyyəçiliklə məşğul olur. O, tez-tez qan donorluğu eləyir və fiziki qüsuru olan şəxslərin müdafiəsi üçün fondlar yaradır.

Risk etməyi sevən şahzadə hündürlükdən tullanma, reaktiv təyyarə ilə uçuş, Formula-1 yarışlarında iştiark edən maşınları idarəetmə, qayayadırmanma və digər ekstremal idman növləri ilə də məşğul olur. Dubay İdman Komitəsinin prezidenti kimi hər kəsə nümunə olan şeyx Həmdanın ən böyük uğuru Asiya Oyunlarında atçılıq yarışları üzrə qızıl medal qazanmaqdır.

Marta Oretqa - Perez – 64 milyard dollar

İspaniyanın “İnditex” şirkətinin prezidenti Amansio Orteqanın kiçik qızı Marta Orteqa-Perez isə atasının ən yaxın köməkçisi sayılır. Ata Orteqa qızını ailə biznesində çox sərt sınaqlardan çıxarıb. O, öncə “İntitex” şirkətinin Londonda yerləşən “Bershka” mağazasında çalışıb, sonra Şanxay və Barselonada satış meneceri kimi çalışıb. İndi isə 30 yaşlı Marta “demokratik modanın kralı” sayılan atasından “İntidex” şirkətinin prezidentliyini təhvil almağa hazırlaşır.

Kübar cəmiyyətin bütün üzvləri kimi Marta Orteqa-Perez də at sürməklə məşğul olur. Bir neçə il əvvəl isə İspaniya atçılıq idmanının canlı əfsanəsi sayılan Serxio Alvares Moyya ilə ailə həyatı qurub.

Delfina Arno – 26 milyard dollar

Vətəni Fransada Arnonu “Dəbdəbə sənayesinin Napoleon”u adlandırırlar. Bu təsadüfi deyil. Çünki Delfina Arnonun atası Avropanın ən zəngin insanı və “LVMH” şirkətinin (Louis Vuitton, Givenchy, Guerlain, Chaumet, Moet and Cdandon, Henessy və s. brendləri birləşdirən konsern) sahibi Bernar Arnodur. Uşaqlıqdan heç bir qadağa və məhrumiyyət görməyən Delfina zəngin içində sakit yaşamaq yerinə ailə biznesinin genişləndirilməsinə çalışır. O, artıq 39 yaşında “LVMH” konserninin bütün əsas brendlərində rəhbər vəzifələrdə çalışıb və atasını biznes imperiyasının bir neçə milyard dollar zənginləşdirib. Delfina Arno bütün konfransları və sənaye sərgilərini də həvəslə ziyarət edir.

Onun şəxsi həyatına gəlincə, İtaliyanın “şərab kralı” sayılan Alessandro Ballerion Qansia ilə baş tutan dəbdəbəli toyu 5 il sonra boşanma ilə bitib. Hazırda Arno fransalı milyarder Ksavye Nelyu ilə görüşür.

Viktoriya Mixelson – 15,6 milyadr dollar

Rusiyanın “NovoTek” şirkətinin prerzidenti Leonid Mixelsolnun qızı Viktoriya ictimai həyatda çox görsənməyi sevmir. Adətən, jurnalistlərdən uzaq gəzən Viktoriya son vaxtlara qədər atasının sərvətinin yeganə varisi idi. Lakin yaxınlarda onun atasının ikinci nikahdan olan 6 yaşlı oğlunun da bu sərvətə şərik olacağı açıqlanıb. Atası qızına olan sevgisini ifadə etmək üçün Samarada inşa etdiyi rəsm qalereyasına onun adını verib. Viktoriya isə öz növbəsində xeyriyyə tədbirləri ilə məşğuldur və uşaq evlərinə yardım göstərir.

İşa, Anant və Akaş Ambani – 23,9 milyard dollar

Hindistanın neft maqnatı Mukeş Ambaninin 3 övladı da dünaynın ən zəndin varisləri siyahısındadır. Biznes imperiyasının onlar arasında necə bölüşdürüləcəyi məlum olmasa da, ailənin dəbdəbəli həyat sürdüyü məlumdur. Hətta Mukeş Ambani həyat yoldaşı və övladları üçün dünaynın ən bahalı özəl malikanəsi olan 27 mərtəbəli villa inşa etdirib.

Yusif Ələkbərov – 13,6 milyard dollar

Rusiyanın ən böyük neft şirkəti olan “LUKoyl”un azərbaycanlı prezidenti Vahid Ələkbərov isə çox güman ki, gələcəkdə şirkətini yeganə övladı olan Yusif Ələkbərova etibar edəcək. Ata Ələkbərov övladını ərköyün vərdişlərdən xilas etmək və zəhmətə sevgi aşılamaq üçün onu Moskvadakı təhsilini bititər-bitirməz Sibirdəki neft yataqlarından birinə işləməyə göndərib. Adi işçi kimi çalışmağa başlayan Yusif “LUKoyl” prezidentliyinə gedən yolda hələ çox maneələr aşmalıdır.

Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR