Bakı, 16 iyul, AZƏRTAC
2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul olunanlar Səhiyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bunun üçün onlar iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti kimi sənədləri iyulun 22-dən 28-dək Səhiyyə Nazirliyinə təqdim etməli və “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni imzalamalıdırlar.
Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.