Bakı, 16 iyul, AZƏRTAC
İyulun 16-da futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” komandası səfərdə Serbiyanın “Çukariçki” kollektivinin qonağıdır.
AZƏRTAC xəbər verir ki, Belqraddakı “Çukariçki” stadionunda keçirilən oyunda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnıy, Vitali Vernidub, Rafael Santos, Urfan Abbasov, Rikardiniyu, Qeorqe Floresku, Rəşad Sadiqov, Cavid Hüseynov, Aleksey Qay, Sergey Zenev və Aleksey Antonov yer alıblar.
“Çukariçki”nin ilk on birliyində isə Nemanya Stevanoviç, Lukas Plasentin, Filip Stoykoviç, Boyan Ostoiç, Rayko Brejançiç, Draqolyub Srniç, Branislav Yankoviç, Petar Boiç, Nikola Stoilkoviç, Andriya Pavloviç və Slavolyub Srniç meydana çıxıblar.
Oyununun baş hakimi rumıniyalı Radu Petreskudur. Ona həmyerliləri Ovidiu Artene, Vladimir Urzika və Marsel Birsan kömək edirlər.
Matçın UEFA nümayəndəsi portuqaliyalı Joze Gilyerme Aguiar, hakim-inspektoru isə Albaniya təmsilçisi Plarent Kotherjadır.