Azərbaycandan sərt bəyanat

Azərbaycandan sərt bəyanat
20:21 23 Yanvar 2015
231 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan Minsk qrupunun həmsədr ölkələrinə müraciət edir ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa vadar etsinlər.

ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-dan olan həmsədr Ceyms Uorlikin "twitter" vasitəsilə paylaşdığı müraciətə öz "twitter" ünvanında cavabında bildirib.

H.Hacıyev yazıb: "Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uorlik tərəfləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR