Uorlikin müraciətinə cavab: "Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki..."

Uorlikin müraciətinə cavab: "Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki..."
20:22 23 Yanvar 2015
113 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Minsk qrupunun həmsədr ölkələrinə müraciət edir ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa vadar etsinlər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-dan olan həmsədr Ceyms Uorlikin "Twitter" vasitəsilə paylaşdığı müraciətə öz "Twitter" ünvanında cavabında bildirib.
 
H.Hacıyev yazıb: "Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər".
 
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uorlik tərəfləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb.

Trend-in məlumatına görə, O, "Twitter" soisal şəbəkəsindəki səhifəsində yazıb: "Qoşunların təmas xəttində qarşıdurmanı dayandırmaq və danışıqlarda əldə olunmuş öhdəlikləri yerinə yetirmək üçün zəruri tədbirlər görmələri məqsədi ilə prezidentlərə müraciət edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR