“Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz. 1903-cü il” xəritələrinin təqdimatı keçiriləcək

20:38 23 Yanvar 2015
230 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz. 1903-cü il” xəritələrinin təqdimat mərasimi keçiriləcək.
Akademiyadan AzərTAc-a bildirilib ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) ilə birgə təşkil olunan tədbirdə komitənin sədri, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov “Azərbaycan Respublikasının Milli Atlası” məxsusi kartoqrafik əsərdir”, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan dövlətçilik tarixinin mühüm hadisəsi” mövzusunda məruzələrlə çıxış edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasinin_Milli_Atlasi_ve_Cenubi_Qafqaz_1903_cu_il_xeritelerinin_teqdimati_kechirilecek-827154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR