Azərbaycan prezidenti “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan prezidenti “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru ilə görüşüb
21:57 23 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 21:42 ]

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Davosda “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru Jan-Lui Şossad ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə “Gaz de France Suez” şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Söhbət zamanı Bakıda və ölkəmizin digər regionlarında əhalinin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmiz içməli su ilə təmin olunması, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi, “Şahdəniz” yatağından çıxan qazın alınması və digər sahələrlə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370208

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR