Almaniya jurnalında “ASAN xidmət” haqqında məqalə dərc olunub

Almaniya jurnalında “ASAN xidmət” haqqında məqalə dərc olunub
22:03 23 Yanvar 2015
225 Ölkə
Ölkə mətbuatı
A- A+


Berlin, 23 yanvar, AzərTAc
Almaniyanın “Diplomatisches Magazin” jurnalının yanvar buraxılışında Azərbaycanın uğurlu layihələrindən olan “ASAN xidmət” haqqında məqalə dərc edilib.
Jurnalın beynəlxalq münasibətlər rubrikasında dərc olunan “Yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizənin Azərbaycan yolu” adlı məqalənin müəllifi alman politoloq, Berlin Azad Universitetinin Xəzər Regionu Araşdırmaları Mərkəzinin dosenti, Şərqi Avropa üzrə mütəxəssis Matias Dornfeldtdir.
Məqalədə “ASAN xidmət” Azərbaycanın korrupsiyaya qarşı mübarizə və yaxşı idarəçilik baxımından effektli layihəsi kimi təqdim olunur. Müəllif “ASAN xidmət”i XXI əsrin müasir idarəetmə xidməti adlandırır və bu cür mərkəzlərin digər ölkələrdə, o cümlədən Almaniyada da yaradılmasını tövsiyə edir.
Məqalədə qeyd olunur ki, 2012-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində müxtəlif dövlət qurumlarının xidmətləri vahid mərkəzdə birləşdirilib. “ASAN xidmət” mərkəzləri sərfəli qiymətlərlə, sürətlə və keyfiyyətlə insanlara xidmət göstərir. Bu da öz növbəsində vətəndaşlara xidmət sektorunda şəffaflığın və korrupsiyaya qarşı mübarizənin təmin olunmasında mühüm rol oynayır.
Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniya_jurnalinda_ASAN_xidmet_haqqinda_meqale_derc_olunub-827175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR