Bakının “İnter” komandası Türkiyədəki toplanışını qələbə ilə yekunlaşdırıb

Bakının “İnter” komandası Türkiyədəki toplanışını qələbə ilə yekunlaşdırıb
22:38 23 Yanvar 2015
245 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Türkiyədə təlim-məşq toplanışı keçirən Bakının “İnter” komandası yanvarın 23-də son yoxlama matçına çıxıb.
AzərTAc klubun saytına istinadla xəbər verir ki, “İnter”in rəqibi Koreya Respublikasının təmsilçisi “Jeju United” komandası olub.
Oyun 4:3 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Bakı klubunun heyətində Derlis Meza Kolli, Nizami Hacıyev və dubl edən Baçana Tsxadadze fərqləniblər.
Xatırladaq ki, “İnter” komandası toplanış çərçivəsində keçirdiyi əvvəlki yoldaşlıq görüşlərində Türkiyənin “İnegölspor” klubunu 4:1, “Kasımpaşa” klubunu 3:1, Qazaxıstan təmsilçisi “Kayrat” komandasını 3:1 hesabı ilə məğlub edib, Almaniyanın “Energi” və Ukraynanın “Metallist” klubları ilə bərabər qalıb (1:1).

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR